Sivva Cəlil Cavanşirə “Nə isə” dedi... | VİDEO

   Sivva Cəlil Cavanşirə “Nə isə” dedi...    | VİDEO
  29 Noyabr 2024    Oxunub:362
Sevilən mahnıların müəllifi və ifaçısı, “Sivva” səhnə adı ilə tanınan bəstəkar və müğənni Sevinc Ağasıyeva istedadlı şair, yazıçı və tərcüməçi Cəlil Cavanşirlə növbəti iş birliyinin nəticəsini təqdim edib.
Şairin “Nə isə, olur belə şeylər” şeirinə eyni adlı mahnı bəstələnib və klip lentə alınıb. Ekran işində şairin özü də rol alıb.

“Mənim Cəlil Cavanşirə çox böyük hörmətim var. Artıq neçənci şeirinə mahnı bəstələyirəm. Biz düşündük ki, klipdə elə özü çəkilsin. Təklifimizi qəbul etdi. Düşünürəm, yaxşı və keyfiyyətli iş alınıb. Xoş izləmələr”,- Sivva bildirib.

Cəlil Cavanşir isə şeirin kimə ünvanladığını gizli saxlayacağını bildirib: “Özü bilir, kimə həsr etmişəm (Gülür). Bu şeirin maraqlı taleyi var. Mən çox şadam ki, Sivvayla artıq ikinci layihəmizdir. Bundan əvvəl mənim “Keçmiş sevgilim” adlı şeirimə Sivva tərəfindən yazılan musiqi kifayət qədər maraqla qarşılandı və sevildi. İnanırıq ki “Nə isə” də belə olacaq”.

Qeyd edək ki, “Nə isə” adlı klipdə çəkilişlər fərqli məkanlarda baş tutduğu üçün müğənni ilə şair üz-üzə gəlməyiblər. Klipin sonunda Cəlil Cavanşirin halı pisləşir və ona təcili yardım gəlir. Əslində nələrin baş verdiyini bilmək üçün klipi izləyin.


Teqlər: Musiqi   Klip   Sivva  





Xəbər lenti